AZ

“Space” televiziyasına yeni direktor təyin edilib

Ayaz Mustafayev “Space” televiziyasına direktor təyin edilib.

Bu barədə APA-ya açıqlamasında “Space” televiziyasının icraçı direktoru Nəriman Abdul-Əliyev məlumat verib.

Qeyd edilib ki, Ayaz Mustafayev əmək fəaliyyətinə 2009-cu ildə Xarici İşlər Nazirliyində başlayıb, Azərbaycanın Böyük Britaniyadakı səfirliyində müxtəlif vəzifələrində, daha sonra İTV və AZTV-nin London bürosunda çalışıb. Bu müddət ərzində mətbuat və media sahəsində geniş beynəlxalq təcrübə qazanıb. Son illərdə özəl sektorda və Təhsil Tələbə Krediti Fondunda rəhbər vəzifələrdə fəaliyyət göstərib.

Qeyd edək ki, bu barədə ilk məlumatı "Manset.az" saytı yazıb.

Seçilən
14
10
apa.az

10Mənbələr