ain.az, Baku.ws portalına istinadən məlumat yayır.
Rusiya Dövlət Dumasına Rusiya vətəndaşlığının əldə edilməsi ilə bağlı dövlət rüsumlarının artırılmasını nəzərdə tutan yeni qanun layihəsi təqdim edilib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, layihəyə əlavə olunan izahat sənədlərinə əsasən, Rusiya vətəndaşlığına qəbul və ondan çıxış üçün ödənişin 50 min rubla qədər artırılması təklif olunur.
Bundan başqa, sənəddə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün də bir sıra rüsumların artırılması nəzərdə tutulur. Belə ki, yaşayış icazəsinin verilməsi və dəyişdirilməsi üçün ödənişin 30 min rubla, şəxsiyyəti təsdiq edən sənədin itirilməsi səbəbindən müvəqqəti yaşama icazəsinin alınması üçün isə 5 min rubla qədər artırılması planlaşdırılır.
Eyni zamanda, keçmiş SSRİ-də doğulmuş şəxslər, eləcə də Rusiyaya köçürülmə üzrə dövlət proqramının iştirakçıları və onların ailə üzvləri üçün vətəndaşlığın pulsuz verilməsi təklif olunur.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.