Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olmuş “Biologiyanı kəşf et” layihəsinin təlimləri yekunlaşıb.
Qeyd edək ki, 6–8-ci siniflərdən olan 25 nəfər şagird üçün PhET platforması üzərindən 16 təlim keçirilib. Təlim proqramı şagirdlərin bilik səviyyələrinə uyğun qurulub. Beləki, təlimlərə başlamamışdan öncə ilkin diaqnostik qiymətləndirmə keçirilib və nəticələrə uyğun olaraq layihənin gedişatına qərar verilib. Təlimlər yekunlaşdıqdan sonra şagirdlərin biologiya fənninə marağının artması, həmçinin fənnin mənimsənilməsi səviyyəsində ölçüləbilən müsbət dəyişikliklər nəzərə çarpıb. Təlimlər yekunlaşdıqdan sonra keçirilən yekun diaqnostik qiymətləndirmə bunu daha yaxşı sübut edib.
Xatırladaq ki, “Biologiyanı kəşf et” layihəsi Saatlı rayonu Sarıcılar kənd ümumi orta məktəbinin müəllimi Əlizadə Əhədov tərəfindən icra olunub.











