AZ

10 milyon manatdan çox kapitalı olan Azər Maya İstehsal şirkəti QSC dən MMC yə çevrilib

Marja.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Xəmir mayası və un qatqı maddələrinin istehsalı fəaliyyətilə məşğul olan "Azər Maya İstehsal" Qapalı Səhmdar Cəmiyyəti təşkilati hüquqi formasını dəyişərək Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilib.

Marja xəbər verir ki, bununla əlaqədar olaraq Şirkət, ümumi dəyəri 10 milyon 760 min 687,60 manat həcmində - hər birinin nominal dəyəri 61,10 manat olan 176 min 116 ədəd ədəd adi, adlı, sənədsiz səhminin (AZ1002023070 dövlət qeydiyyat nömrəli) dövriyyədən çıxarılaraq ləğv edildiyini elan edir.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qeyd edək ki, 10 milyon 760 min 687.6 manat nizamnamə kapitalına malik olan "Azər Maya İstehsal" QSC-nin qanuni təmsilçisi Əliyev Elvin Eldar oğludur. 

"Azər Maya İstehsal" QSC Bakı şəhəri, Nərimanov rayonu, 11-ci Dağlıq 3105-ci məhəllə ünvanında yerləşir. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
marja.az

2Mənbələr