Siyasi məhbusların azad edilməsi tələbi ilə keçirilən aksiyada danışan Aşotyan bildirib ki, Ermənistanın Avropa İttifaqı ilə institusional əlaqələri hazırkı rəhbərlikdən çox əvvəl formalaşıb, buna görə də bu tədbiri xarici siyasət "qələbəsi" kimi təqdim etmək reallığın təhrif olunmasıdır. O, xüsusilə 2017-ci ildə imzalanmış "Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi"ni (CEPA) xatırladaraq, hazırkı hökumətin bu potensialı reallaşdıra bilmədiyini və Avropa dəyərlərini aşındırdığını vurğulayıb.
Aşotyanın fikrincə, mövcud hakimiyyətin siyasəti ölkənin geosiyasi mövqeyini zəiflədir və bu aksiya Avropaya deyil, ölkədəki ədalətsizliyə və siyasi təzyiqlərə qarşı yönəlib.
Qeyd edək ki, 4 may tarixində İrəvanda baş tutan sammitdə Avropa dövlətlərinin yüksək səviyyəli rəhbərləri iştirak edir.