AZ

Ukraynanın cənubunda ən çox toqquşma burada yaşanır Son 24 saat ərzində...

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Cənubda ən çox hərbi toqquşma Volneye Polye sektorunda qeydə alınır. Orada işğalçılar Ukraynanın logistikasını kəsməyə, müdafiə mövqelərini tamamilə məhv etməyə və sonra hücum etməyə çalışırlar.

Bunu Ukraynanın Cənub Müdafiə Qüvvələrinin mətbuat katibi Vladislav Voloşin deyib.

"Cənubda vəziyyət olduqca mürəkkəbdir. Son 24 saat ərzində 30-dan çox hərbi toqquşma qeydə alınıb ki, bunlardan 23-ü Volnoye Polye sektorunda olub", - Voloşin bildirib.

O qeyd edib ki, Ukrayna Müdafiə Qüvvələri bölgəyə girməyə çalışan rus ordusunun qruplarını müəyyən etmək üçün fəal şəkildə kəşfiyyat və axtarış əməliyyatları aparır.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
azpolitika.info

1Mənbələr