AZ

Hava kəskin dəyişir Leysan yağacaq, sel olacaq

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mayın 5-dən etibarən ölkə ərazisində hava şəraiti kəskin dəyişir və yağışlı günlər başlayır.Demokrat.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, mayın 5-dən 7-nə qədər Azərbaycanın bəzi bölgələrində arabir yağıntı gözlənilir. Naxçıvan Muxtar Respublikası, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan və Mərkəzi Aran zonalarında yağıntıların daha da intensivləşəcəyi bildirilir.Mayın 5-i və 6-da isə hava şəraiti qısamüddətli daha da sərtləşəcək. Həmin günlərdə şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə yağıntının qara keçəcəyi ehtimal olunur. Çaylarda sululuq səviyyəsi artacaq, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.Qısaca, mayın 5-dən 7-nə kimi ölkənin bir çox bölgəsində güclü yağış, dolu və dağlarda qar gözlənilir, çaylarda isə daşqın və sel təhlükəsi var.Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
demokrat.az

1Mənbələr