
İran ABŞ qüvvələrinin istənilən fəaliyyət ssenarisinə tam hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi hərbi sahədəki mənbəsinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, İran istənilən ssenariyə tam hazırdır və amerikalılar bilirlər ki, Tehran özünün qorxudulmasına icazə verməyəcək. Mənbə həmçinin qeyd edib ki, Amerika gəmilərinin atəşə tutulması ilə yanaşı, İran zərurət yarandığı təqdirdə həyata keçiriləcək digər fəaliyyət planlarını da hazırlayıb.
Məryəm Quliyeva