AZ

Binəqədidə zəbt olunmuş səki piyadaları və sürücüləri təhlükəyə atır VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Paytaxtın Binəqədi rayonu, Sulutəpə dairəsinə düşən yolda piyada səkisinin zəbt olunması hərəkət iştirakçıları üçün çətinlik yaradıb.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “WhatsApp” ünvanına videogörüntü göndərərək məlumat verib. Kadrlarda əks olunduğu kimi, səki hissəsi müxtəlif yaşıllıqlar və güllərin satışı üçün istifadə edilir, nəticədə piyadaların hərəkəti faktiki olaraq məhdudlaşdırılır.

Alternativ keçid imkanı tapmayan piyadalar məcburən avtomobil yoluna çıxırlar ki, bu da həm onların, həm də sürücülərin təhlükəsizliyini risk altına salır. Eyni zamanda alıcı qismində əraziyə yaxınlaşan vətəndaşların nəqliyyat vasitələrini yolun döngə hissəsində saxlaması da hərəkət axınında əlavə çətinlik yaradır.

Ərazidə yaranan vəziyyətin davam etməsi gündəlik gediş-gəliş zamanı təhlükə riskini artırır və xüsusilə pik saatlarda nəqliyyatın hərəkətinə mənfi təsir göstərir.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
avtosfer.az

1Mənbələr