Cari ilin mart ayının sonuna ölkədə istismarda olan bankomatların sayı 3 min 586 ədəd olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bankomatların sayı ilin əvvəlindən 2 ədəd, ötən ilin mart ayının sonu ilə müqayisədə isə 212 ədəd (6,3%) artıb.
İstismarda olan bankomatların 1 927-si Bakıda, 1 659-u isə regionlarda yerləşir. Bakıda olan bankomatların sayı son bir ildə 121 ədəd (6,7%), regionlarda olan bankomatların sayı isə son bir ildə 91 ədəd (5,8%) artıb.
Xatırladaq ki, son məlumatlara görə, Azərbaycan əhalisinin sayı 10,2 milyon nəfərdir. Bunun 2,3 milyon nəfıəri Bakıda, qalan hissə regionlarda yaşayır. Bu rəqəmləri nəzərə aldıqda, regionlarda hər 4600 nəfərə 1 bankomat düşür.
Bakıda bankomat sıxlığı regionlardan 4 dəfə artıqdır. Belə ki, Bakıda hər 1120 nəfərə 1 bankomat düşür.