Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Rusiyada tanınmış şirkət rəhbərlərindən biri ilə bağlı qalmaqallı məhkəmə işi yekunlaşıb. Demokrat.az xəbər verir ki, məhkəmənin qərarı ilə “Coca-Cola”nın keçmiş meneceri Vadim Çirkov dörd il müddətinə azadlıqdan məhrum edilib.Məlumata görə, hadisənin kökü 2015-ci ilə gedib çıxır. İddialara əsasən, Çirkov distribütor İslam Abasov ilə əməkdaşlıq zamanı ona qeyri-adi təklif irəli sürüb. Belə ki, rəqib markalar olan Pepsi və Çernoqolovka məhsullarının mağaza rəflərindən çıxarılması üçün malların zərərinə satılması planı hazırlanıb. Zərərin sonradan kompensasiya ediləcəyi vədi verilib.Distribütor bu təklifə razılaşsa da, nəticədə böyük maliyyə itkisi ilə üzləşib. On milyonlarla rubl zərərə düşən sahibkara vəd olunan ödənişlər isə həyata keçirilməyib.Bundan sonra Abasov hüquq-mühafizə orqanlarına müraciət edib. Aparılan araşdırmalar nəticəsində Çirkov saxlanılıb və barəsində cinayət işi başlanıb.Məhkəmənin hökmünə əsasən, sabiq rəhbər yalnız azadlıqdan məhrum edilməklə kifayətlənməyib, eyni zamanda zərərçəkmişə 45 milyon rubldan artıq məbləğdə kompensasiya ödəməyə məcbur edilib.Bu hadisə Rusiyada biznes münasibətlərində etimad və şəffaflıq məsələlərini yenidən gündəmə gətirib.Jalə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.