ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Böyük Britaniyanın Baş naziri Keir Starmer arasında strateji tərəfdaşlığa dair birgə bəyannamə imzalanıb.
Bu barədə Paşinyan sosial şəbəkədə paylaşım edərək bildirib ki, imzalanan sənəd Ermənistan ilə Birləşmiş Krallıq arasında münasibətlərdə yeni və perspektivli mərhələnin başlanğıcını qoyur. Onun sözlərinə görə, tərəflər arasında əməkdaşlıq ümumi dəyərlər və daha sıx əlaqələr əsasında inkişaf etdiriləcək.
Qeyd edək ki, Keir Starmer Avropanın Siyasi Birliyinin 8-ci sammitində iştirak etmək üçün Ermənistana səfər edib. Bu səfər tarixidir – müstəqil Ermənistan tarixində ilk dəfə Böyük Britaniyanın baş naziri bu ölkəyə rəsmi səfər həyata keçirir.
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.