AZ

"Sabah"ın daha bir komandası çempion oldu

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlar keçirilib.

Fanat.Az xəbər verir ki, U-16 liqasında qalib bəlli oiub. 

“Sabah”ın müvafiq yaş qrupundan ibarət komandası “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib.

Qolları Ruslan Əbilov ilə Ayxan İbadov vurublar. 

Beləliklə, Asif Mirilinin baş məşqçisi olduğu komanda bu qələbə ilə mövsümün sonuna üç tur qalmış çempionluğunu rəsmiləşdirib.

Qeyd edək ki, "Sabah"ın əsas komandası tarixində ilk dəfə bu mövsüm Premyer Liqanın qalibi olub. 

Seçilən
4
fanat.az

1Mənbələr