AZ

Paytaxtda ətin reklamı QADAĞAN EDİLDİ

Amsterdam dünyada ət məhsullarının və qazıntı yanacağı ilə əlaqəli məhsulların ictimai reklamını qadağan edən ilk paytaxt olub.

“Cebheinfo.az” xəbər verir ki, 1 may tarixinə qədər paytaxtdakı reklam lövhələrində, tramvay dayanacaqlarında və metro stansiyalarında hamburger, benzinlə işləyən avtomobillər və aviaşirkətlərin reklamları yoxa çıxıb.

Şəhər rəhbərliyi bu təşəbbüsün Amsterdamın küçə mənzərəsini yerli hökumətin ətraf mühit məqsədləri ilə uyğunlaşdırmaq məqsədi daşıdığını bildiribn.

Bu məqsədlər Hollandiya paytaxtının 2050-ci ilə qədər karbon neytralına çevrilməsini və yerli sakinlərin eyni dövrdə ət istehlakını yarıya endirməsini tələb edir.

Qeyd olunur ki, ət Amsterdamın açıq hava reklam bazarında nisbətən kiçik bir paya malikdir. O, reklam xərclərinin təxminən 0,1%-ni, qazıntı yanacağı isə təxminən 4%-ni təşkil edir.

Sənayeni təmsil edən Hollandiya Ət Sənayesi Assosiasiyası bu addımdan narazıdır və bunu "istehlakçı davranışına təsir göstərməyin arzuolunmaz yolu" adlandırır.

Bu arada, Hollandiya Səyahət Agentləri və Tur Operatorları Assosiasiyası hava səyahətlərini əhatə edən tətillərin reklamına qoyulan qadağanın şirkətlərin kommersiya azadlığına qeyri-mütənasib məhdudiyyət olduğunu bildirib.

Seçilən
1
cebheinfo.az

1Mənbələr