AZ

Gömrük Komitəsi bu məmuru cərimələdi

ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin (AzMİ) baş direktoru Xamis Seyranov cərimələnib. 

Qaynarinfo-nun məlumatına görə, Dövlət Gömrük Komitəsi "Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol yazıb və iş məhkəməyə göndərilib.

Məlum olub ki, İnstitut tərəfindən Almaniyadan idxal edilmiş yüklərə dair Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməyib. 

Məhkəmənin qərarı ilə, "Azərbaycan Metrologiya İnstitutu"nun baş direktoru İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 1500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
qaynarinfo.az

1Mənbələr