AZ

Murad Xaçayev “Neftçi” ilə vidalaşmağa yaxındır

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Neftçi” ötən ilin yayında 2 illik müqavilə bağladığı Murad Xaçayevlə yollarını ayırmağı planlaşdırır.

İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, adıçəkilən müdafiəçini birdəfəlik transfer etmək və ya icarəyə götürmək istəyən olsa, “ağ-qaralar” bu təklifləri dəyərləndirməyə çalışacaq.

Çünki 27 yaşlı arxa xətt oyunçusu Yuri Vernidubun gələn mövsümlə bağlı düşüncələrindən kənarda qalıb. Baş məşqçi “Sumqayıt”dan gəlmiş Xaçayevin komandaya uyğun gəlmədiyi qənaətindədir.

Ukraynalı mütəxəssis nadir hallarda meydana çıxan milli üzvünün mövqeyinə legioner transfer etməyi məqsədəuyğun sayır.

Təcrübəli çalışdırıcı bu fikirdədir ki, o, boşuna vaxt itirməməli, oynaya biləcəyi yerə getməlidir.

Burada isə seçimi səbəbkarın özü etməlidir. Ya müqavilə müddəti bitənədək ehtiyat skamyada əyləşməli, ya da başqa variantları nəzərdən keçirməlidir.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
icma.az

1Mənbələr