AZ

“Barselona” portuqaliyalı futbolçu ilə maraqlanır

Mövsümün sonunda “Mançester Siti”dən ayrılacağını açıqlayan Bernardo Silva karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı yarımmüdafiəçi ilə “Barselona” ciddi şəkildə maraqlanır və tərəflərin müqavilə şərtlərində böyük ölçüdə razılığa gəldiyi bildirilir. 31 yaşlı futbolçunun yayda azad agent olması keçidi daha da real edir.

Silva 2017-ci ildən “Mançester Siti”də çıxış edir və bu mövsüm komandanın heyətində 47 oyunda 3 qol, 5 assistlə yadda qalıb.

Seçilən
37
idmanxeber.az

1Mənbələr