AZ

İran ABŞ gəmisini vurduğunu deyir – ABŞ təkzib edir

 
İran bazar ertəsi günü ABŞ hərbi gəmisinin Hörmüz boğazına daxil olmasının qarşısını aldığını bildirib.
Yeniavaz.com
“Reuters” agentliyinə istinadla xəbər verir ki, bunu İranın yüksək vəzifəli rəsmisi açıqlayıb.
O, İranın xəbərdarlıq atəşi açdığını və hərbi gəmiyə ziyan dəyib-dəymədiyinin məlum olmadığını bildirib.
İranın yarı-rəsmi “Fars” xəbər agentliyi iki raketin boğazın cənub girişindəki Cask limanı yaxınlığındakı hərbi gəmiyə dəydiyini bildirib.
Ancaq ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) raket zərbəsi barədə məlumatı təkzib edib və heç bir hərbi gəminin vurulmadığını bildirib.
Seçilən
29
yeniavaz.com

1Mənbələr