AZ

Məhəllələrdə maşın saxlayanların nəzərinə Kimə olar, kimə yox...

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Şəhər və yaşayış məntəqələrində nəqliyyat vasitələrinin düzgün park edilməsi məsələsi aktuallığını daha da artırıb. Xüsusilə iri qabaritli yük maşınlarının məhəllələrdə saxlanılması həm təhlükəsizlik, həm də hərəkətin təşkili baxımından müəyyən problemlər yaradır. Bu səbəbdən qanunvericilikdə parklanma qaydaları daha dəqiq şəkildə tənzimlənib. Yaşayış zonalarında nizam-intizamın qorunması üçün xüsusi tələblər müəyyən edilib. Bu mövzu ictimai qaydaların təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a bildirib ki, ağır tonnajlı və iri qabaritli yük maşınlarının yaşayış məntəqələrində, xüsusilə məhəllə daxilində saxlanılması qanunvericiliklə qadağan edilir:"Bu tip nəqliyyat vasitələri yalnız onlar üçün ayrılmış xüsusi məntəqələrdə və parklanma yerlərində saxlanılmalıdır. Qanunvericiliyin bu tələbi yaşayış zonalarında təhlükəsizliyi təmin etmək, nəqliyyatın hərəkətini tənzimləmək və əhalinin gündəlik rahatlığını qorumaq məqsədi daşıyır. İri qabaritli yük maşınlarının məhəllə daxilində saxlanılması həm yol hərəkətinə maneə yaradır, həm də fövqəladə hallarda xüsusi xidmət orqanlarının hərəkətini çətinləşdirə bilər".O deyib ki, eyni zamanda bu məhdudiyyət kommunal xidmət sahəsində istifadə olunan nəqliyyat vasitələrinə şamil edilmir:"Kommunal xidmətlərə aid yük maşınları məhəllə daxilində sərbəst hərəkət edə və zəruri hallarda həmin ərazilərdə park oluna bilər. Bu isə onların fəaliyyətinin fasiləsiz və operativ şəkildə həyata keçirilməsi üçün nəzərdə tutulub", - deyə o qeyd edib.Yəni, məhəllələrdə tıxacların və təhlükənin qarşısını almaq üçün böyük yük maşınlarının yaşayış binalarının qarşısında park edilməsi qadağandır, lakin bu qayda zibil və digər kommunal maşınlarına aid deyil.Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
demokrat.az

1Mənbələr