PSJ-nin vingeri Bredli Barkola yay transfer pəncərəsində komandadan ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, Paris klubu 23 yaşlı futbolçunu əsas oyunçulardan biri kimi görsə də, müqavilənin uzadılması ilə bağlı razılıq əldə olunmayıb və bu səbəbdən satış ehtimalı gündəmdədir.
Barkola ilə “Real”, “Barselona”, “Atletiko” da daxil olmaqla bir neçə top klub maraqlanır. PSJ onun üçün 70–80 milyon avro tələb edir.
Futbolçu bu mövsüm 44 oyunda 12 qol və 7 assistlə yadda qalıb.