AZ

Küçədə tapılan qurğu məktəblinin əlində partladı

Krımda tərk edilmiş binanın yaxınlığında tapılan partlayıcı qurğu 12 yaşlı uşağın əlində partlayıb.

Bakıvaxtı.az bu barədə TASS-a istinadla xəbər verir.

Məlumata görə, uşaq qolundan xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Rusiya İstintaq Komitəsinin Krım Baş İdarəsinin sözçüsü Olqa Postnova bildirib ki, Sovetski rayonunda baş verən hadisə ilə bağlı cinayət işi açılıb:

“Dünən günortadan sonra şagirdin dostu ilə birlikdə tərk edilmiş binanın yaxınlığında gəzdiyi və partlayıcı qurğunun aşkarlandığı müəyyən edilib. Oğlan onu götürdükdən sonra qurğu partlayıb. Uşaq qolundan xəsarət alaraq xəstəxanaya yerləşdirilib və lazımi tibbi yardım göstərilir", - deyə açıqlamada bildirilir.

Murad Məmmədli

Seçilən
27
2
bakivaxti.az

3Mənbələr