
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mərkəzi ofisi Küveytdə yerləşən Ərəb Neft İxrac Edən Ölkələr Təşkilatından (OAPEC) çıxdığını elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə təşkilatın bəyanatında bildirilir.
Mətnə görə, Baş Katiblik BƏƏ-yə ölkənin təşkilata üzvlüyü boyunca oynadığı rola və neft, qaz və enerji sektorlarında birgə ərəb fəaliyyətinin dəstəklənməsindəki fəal töhfəsinə görə minnətdarlığını bildirib.