Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, Ukraynada davam edən müharibə 2026-cı ildə başa çatmayacaq.
Redaktor.az xəbər verir ki, onun sözləri Çexiya Prezidenti Petr Pavel ilə görüş zamanı səsləndirilib və “Ukrinform” tərəfindən yayımlanıb.
Stubb qeyd edib ki, hazırda üç əsas ssenari nəzərdən keçirilir: müharibənin davam etməsi, tərəflər arasında sülh sazişinin imzalanması və ya tərəflərdən birinin hərbi olaraq zəifləməsi və ya məğlub olması.
Onun fikrincə, hazırkı mərhələdə ən real ssenari müharibənin davam etməsidir. O, eyni zamanda Ukraynanın hazırda daha güclü mövqedə olduğunu da vurğulayıb.
Finlandiya Prezidenti daha əvvəl sülh prosesi ilə bağlı optimist olduğunu, lakin zamanla mövqeyinin dəyişdiyini bildirib. O, Ukraynanın təhlükəsizliyi üçün ən vacib təminatın güclü ordu olduğunu qeyd edib və bu ordunun təxminən 800 min yaxşı silahlanmış hərbçidən ibarət olmalı olduğunu söyləyib.
Stubb həmçinin bildirib ki, Avropa ölkələri Ukraynaya daha çox ehtiyac duyduqlarını anlamalıdırlar.
NURİYYƏ