
Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) sakinləri potensial raket təhlükəsi barədə xəbərdarlıq alıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Məlumata görə, müvafiq xəbərdarlıq bildirişləri vətəndaşların mobil telefonlarına göndərilir.
BƏƏ hakimiyyəti hələlik raket təhlükəsi ilə bağlı rəsmi məlumat dərc etməyib.
Məryəm Quliyeva