AZ

ABŞ Almaniyadan qoşunlarını ÇIXARIR

ABŞ Almaniyadan qoşunlarını çıxarmağa hazırlaşır.

Redaktor.az xəbər verir ki, "Bild" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ qoşunlarının ilk hissəsi Almaniyanın Vilsek şəhəri yaxınlığındakı hərbi bazadan çıxarıla bilər.

Bildirilib ki, Vilsekdə yerləşən ABŞ mexanikləşdirilmiş briqadası “Stryker” zirehli texnikaları ilə təchiz olunub. Qeyd olunub ki, Almaniyada yerləşən təxminən 40 min ABŞ əsgərinin 26 minə yaxını Vilsek və Qrafenvor ətrafında dislokasiya olunub.

Məlumata görə, bu ərazi ABŞ-dən kənarda ən böyük Amerika hərbi təlim sahəsi hesab olunur.

Qeyd olunub ki, ABŞ Prezidenti Donald Trump daha əvvəl Vaşinqtonun Almaniyadakı hərbi mövcudluğunu azaltmağı nəzərdən keçirdiyini bildirib. O, həmçinin İtaliya və İspaniyada yerləşən qoşunların sayının da azaldıla biləcəyini istisna etməyib.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
20
redaktor.az

1Mənbələr