AZ

“Yoxsullara pul paylamaqdansa, iş verərəm” Emin Ağalarov VİDEO

ain.az, Bakupost portalına istinadən məlumat yayır.

Emin Ağalarov onu tənqid edənlərə cavab verib.

Bakupost.az xəbər verir ki, məşhur sahibkar, Xalq artisti Emin Ağalarov feysbuk səhifəsində özü ilə bağlı yaydığı videoda ona nifrət edənlərə cavab verib:

“Deyirlər ki, səsi yoxdur, oxuya bilmir, əlindəki pulları yaxşı olar yoxsullara paylasın. Həmçinin bildirirlər ki, istaqramda əyləncəli bir rublikası var. Yazırlar ki, əlindəki pulla süni ada deyil, xəstəxana, məktəb tiksə, daha yaxşı olardı. Heç də hamı bilmir, əslində bir xəstəxana, iki məktəb və bir uşaq bağçası artıq tikmişəm. Bu hiyləgərlərə cavabımdır”.

Sahibkar vurğulayıb ki, yoxsula pul paylamaqdansa, onu işlə təmin etmək daha böyük savabdır:

“Bəziləri bildirir ki, bu pulları yoxsullara paylasa, daha yaxşı olar. Prinsipcə bu arqument qəbul ediləndir. Amma hesab edirəm ki, yoxsula bir dəfə pul paylamaqdansa, ona iş vermək daha yaxşıdır. Belədə o, öz ailəsini dolandıra biləcək. Bizdə 7500-ə yaxın belə insan işləyir. Nəticədə 23 minə qədər insan bu işdən xeyir götürür”.

Qeyd edək ki, Emin Ağalarov Xəzər dənizinin sahilində, "Sea Breeze Resort" ərazisində genişmiqyaslı kurort və yaşayış layihələri həyata keçirir.

Onun tikdiyi əsas layihələr bunlardır:

Süni ada və gəmi formalı bina: Dənizində süni adalar yaradaraq, orada Dubaydakı "Bürc əl-Ərəb" otelinin analoqu olan gəmi formasında nəhəng bina tikir.

"Yaşıl şəhər" və kurort kompleksi: "Sea Breeze" ərazisində "yaşıl şəhər" konsepsiyalı yaşayış və istirahət kompleksi genişləndirilir.

Bu layihə üçün 55 hektardan çox süni torpaq sahəsinin (ada) yaradılmasına rəsmi icazə verilib.

Rüfət Sultan, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
www.bakupost.az

1Mənbələr