AZ

Səudiyyənin Hörmüz "gedişi": İrana qarşı "Neom" limanı kartı

Səudiyyə Ərəbistanı Qırmızı dəniz sahilində yerləşən "Neom" limanını Fars körfəzi ölkələrini Avropa və Afrika ilə birləşdirən yeni nəqliyyat qovşağı kimi irəli sürür. Məqsəd — xüsusilə İranla yaşanan gərginliyi nəzərə alaraq, Hörmüz boğazından keçən marşrutlara alternativ yaratmaq və bu boğazdan asılılığı azaltmaqdır.

Ölkə.Az xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.

Vəliəhd şahzadə Məhəmməd bin Salmanın ilkin olaraq futuristik şəhər kimi nəzərdə tutulan "Neom" meqalayihəsi, büdcənin aşılması səbəbindən əhəmiyyətli dərəcədə ixtisar edilib. Lakin hazırda "Neom" öz limanını İranın gəmiçiliyə hücumlarından dəyən iqtisadi zərbəni yumşaldan bir neçə infrastruktur layihəsindən biri kimi reklam edir.

"Ticarət marşrutları dəyişdikcə və regional dinamika inkişaf etdikcə, 'Neom' limanı əsas qapıya çevrilir... Qırmızı dənizdə strateji mövqedə yerləşən və tam istismara hazır olan liman artıq daha sürətli və inteqrasiya olunmuş ticarəti təmin edir", — deyə "Neom" komandası ötən həftə X sosial şəbəkəsində bildirib.

"Sage" Beynəlxalq Münasibətlər İnstitutunun icraçı direktoru və Fars körfəzi ölkələri üzrə ekspert Elana Delozye hesab edir ki, "Neom" layihəsi ən iddialı layihə olsa da, bəziləri tərəfindən baha başa gələn uğursuzluq (fiasko) kimi görülür. Lakin onun daha az diqqət çəkən infrastrukturu öz tətbiqini tapa bilər.

"Ehtimal ki, 'Neom' ilkin olaraq Hörmüz boğazındakı təhdidlərdən qorunmaq üçün nəzərdə tutulmamışdı, lakin nəzəri olaraq bu, daha prioritet vəzifəyə çevrilə bilər", — deyə Delozye qeyd edib.

Seçilən
43
1
olke.az

2Mənbələr