AZ

Emi Karlon Qarabağa səfər edib

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

1–2 may tarixlərində ABŞ-ın müvəqqəti işlər vəkili Emi Karlon Azərbaycan hökumətinin təşkil etdiyi rəsmi səfər çərçivəsində diplomatik korpusun üzvləri ilə birlikdə Xocalı, Xankəndi, Şuşa və Laçına səfər edib.

Gununsesi.info xəbər verir ki, səfər zamanı Xocalıda xanım Karlon 1992-ci ilin fevral hadisələri zamanı həlak olanların xatirəsinə ucaldılmış memorialı ziyarət edib.

Şuşada o, ASAN xidmət mərkəzi, regional xəstəxana, regionun ən böyük məscidi olması nəzərdə tutulan yeni məscidin tikinti sahəsi və digər obyektlərlə tanış olub.

Müvəqqəti işlər vəkili Xankəndi və Laçında da həyata keçirilən infrastruktur layihələri və regional inkişaf təşəbbüsləri barədə məlumat alıb. Bu çərçivədə Qarabağ Universiteti və Zerti Aqro-Sənaye Parkına da baxış keçirilib.

Qeyd edək ki, bu, Emi Karlonun son bir həftə ərzində regiona ikinci səfəridir. O bildirib ki, belə səfərlər bölgə haqqında daha dolğun təsəvvür formalaşdırmağa kömək edir və əlaqəlilik, iqtisadi inkişaf, müdafiə və təhlükəsizlik sahələrində ABŞ-Azərbaycan əməkdaşlığının genişlənməsinə töhfə verir.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
icma.az

1Mənbələr