AZ

Putin bu generalı işdən qovdu – Hava hücumundan müdafiəni Çaykoya tapşırdı + FOTO

Rusiyanı son zamanlar çox çətin vəziyyətdə qoyan Ukraynanın hava hücumları Kremli ordu rəhbərliyində kadr dəyişikiyinə getməyə vadar edib.

Vətəninfo.az  xəbər verir ki, RBK-nın ordudakı mənbələrə istinadla yaydığı məlumata görə, Vladimir Putin hava hücumundan və raketdən müdafiə qüvvələrinin də daxil olduğu Rusiya Aerokosmik Qüvvələrinin komandanını dəyişdirib.

Məlumatda deyilir ki, 2023-cü ildən Aerokosmik Qüvvələrə rəhbərlik edən general Viktor Afzalovun yerinə general-polkovnik Aleksandr Çayko təyin edilib.

Moskva Suvorov Hərbi Məktəbinin məzunu olan 54 yaşlı Çayko 2010-cu illərin sonlarında Suriyadakı Rusiya qüvvələrinə komandanlıq edib və 2021-ci ildən Şərq Hərbi Dairəsinə rəhbərlik edir. “Rusiya qəhrəmanı” adına layiq görülən Çayko Ukraynadakı Buça qətliamı ilə əlaqəlidir. O, Kiyev yaxınlığında mülki şəxslərin kütləvi şəkildə qətlə yetirilməsində ittiham olunan ordu hissələrinə rəhbərlik edib. 16 mart 2026-cı ildə, bu faciənin dördüncü ildönümündə Avropa İttifaqı Çaykoya qarşı səkkiz digər Rusiya hərbçisi ilə birlikdə şəxsi sanksiyalar tətbiq edib.

Məlum olduğu kimi, son aylar Rusiya HHM qüvvələri Ukrayan PUA-larının hücumları qarşısında olduqca aciz görünür. Mart ayının sonunda Rusiyanın uzaq Baltik dənizindəki ən böyük neft limanları PUA-ların hücumuna məruz qaldı və ixrac dayandırıldı. Aprel ayında Rusiyadakı neft obyektlərinə 20 dəfədən çox hücum edildi: ən azı doqquz neft emalı zavodu zərbə aldı, onlardan beşində istehsal dayandırıldı və nəticədə ölkənin neft emalı istehsalı 2009-cu ildən bəri ən aşağı səviyyəyə düşdü.

Tuapsedəki liman və neft emalı zavoduna dörd dəfə zərbə endirildi, nəticədə on minlərlə ton neft və neft məhsulu yandı, şəhərə “neft yağışı” yağdı və dənizə neft məhsulları töküldü. 30 apreldə eyni vəziyyət Permdə təkrarlandı, burada “Transneft”-in saxlama çənləri və ölkədə yeddinci ən böyük neft emalı zavodu olan Permnefteorgsintez neft emalı zavodu zərbə aldı.

PUA təhlükəsi səbəbindən Kreml Moskvada 9 may paradını belə qısaltmaq məcburiyyətində qalıb. 2009-cu ildən bəri parad ilk dəfə hərbi texnika olmadan keçiriləcək. Volodimir Zelenski isə bu gün bəyan edib ki, Ukrayna PUA-ları 9 may paradında da Moskvanın səmasında uçacaq…“AzPolitika.info”

Seçilən
2
veteninfo.az

1Mənbələr