"Tottenhem"in baş məşqçisi Roberto De Zerbi komandasının "Aston Villa" ilə son oyununda yarımmüdafiəçi Konor Qallaherin çıxışını yüksək qiymətləndirib.
Fanat.Az xəbər verir ki, "The Touchline" onun fikirlərini belə təqdim edib:
"Qallaher indiki kimi oynayanda, sanki meydanda 12 oyunçumuz var. O, hücumçu, yarımmüdafiəçi və müdafiəçi kimi oynayır. Konor xüsusi bir oyunçudur".
İngiltərə Premyer Liqasının 35-ci turunda səfərdə "Aston Villa"nı 2:1 hesabı ilə məğlub edən "Tottenhem" düşmə zonasından xilas olub. Qallaher "Tottenhem"in qollarından birini vurub. 26 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 42 oyunda meydana çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.