AZ

İlon Mask Avropa Komissiyasının 120 milyon avroluq cəriməsinin ləğvinə çalışır

Milyarder İlon Mask Avropa Komissiyasının (AK) onun sahibi olduğu "X" platformasına tətbiq etdiyi 120 milyon avroluq cərimənin ləğvinə çalışır. ABŞ-li sahibkar bununla bağlı çıxarılan qərarı Avropa İttifaqının Ədalət Məhkəməsində mübahisələndirəcək.

Moderator.az xəbər verir ki, bu barədə sözügedən məhkəmədən məlumat verilib.

"Cənab Maskın AK-ya qarşı iddia ərizəsi 16 fevral 2026-cı il tarixində təqdim olunub. İddiaçı komissiyanın "X"-a qarşı 5 dekabr 2025-ci il tarixində qəbul etdiyi qərarın ləğv edilməsini tələb edir", - deyə açıqlamada bildirilir.

Seçilən
18
1
moderator.az

2Mənbələr