Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
İşıq yanıq vəziyyətdə yatmaq. istər gecə lampası, istər televizor ekranı, istərsə də digər işıq mənbələri olsun — maddələr mübadiləsini poza və çəki artımına səbəb ola bilər.
Redaktor.az xəbər verir ki, bu barədə yuxu mütəxəssisi Çjen Tyanmin böyük müşahidə tədqiqatlarına istinadən məlumat verib.
Mütəxəssisin sözlərinə görə, hətta zəif işıq belə qapalı göz qapaqlarından keçərək tor qişadakı fotoreseptorları aktivləşdirir və yuxu-oyanıqlıq ritmini tənzimləyən melatonin hormonunun ifrazını azaldır. Melatoninin azalması həm yuxunun keyfiyyətinə, həm də iştaha və maddələr mübadiləsinə təsir göstərir.
Bu nəticələr JAMA Internal Medicine jurnalında dərc olunan araşdırma ilə də təsdiqlənir. ABŞ Milli Sağlamlıq İnstitutlarının alimləri 43 mindən çox qadını 5 il ərzində izləyiblər. Məlum olub ki, işıq və ya televizor açıq halda yatanlarda 5 kq-dan çox çəki artımı riski 17% daha yüksəkdir. Artıq çəki və piylənmə riski isə müvafiq olaraq 22% və 33% artır.
Mütəxəssis Çjen Tyanmin bildirib ki, əsas səbəblərdən biri hormonal balansın pozulmasıdır. Gecə işığı leptin və aclıq hormonları arasındakı tarazlığı pozur. Leptin toxluq hissini tənzimləyir, lakin yuxu pozulduqda bu mexanizm zəifləyir və orqanizm yanlış olaraq enerji çatışmazlığı hiss edə bilər.
Onun sözlərinə görə, insan gecə yemək yeməsə belə, növbəti gün iştaha artır və xüsusilə yüksək kalorili qidalara meyl güclənir. Bu isə uzun müddətdə çəki artımı riskini yüksəldir.
Mütəxəssis qaranlıq otaqda yatmağı və yatmazdan əvvəl elektron cihazlardan istifadəni məhdudlaşdırmağı tövsiyə edir. Əgər gecə lampasından imtina mümkün deyilsə, qırmızı və ya narıncı kimi isti işıq seçilməlidir, çünki mavi spektr melatonini daha güclü şəkildə azaldır.
NURİYYƏ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.