
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünlə ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov arasında görüş keçirilib.
Bu barədə Missiya.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq və gələcək perspektivlər müzakirə olunub.
Eyni zamanda, Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) və Ümumdünya Ətraf Mühit Gününə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
