AZ

Pep Qvardiola: PSJ Bavariya oyunu fəlakət idi

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın növbəti turunda "Everton"la keçiriləcək oyunöncəsi mətbuat konfransında maraqlı və qalmaqallı açıqlamalarla yadda qalıb. Sport24.az xəbər verir ki, İspaniyalı mütəxəssis Çempionlar Liqası çərçivəsində baş tutan PSJ – "Bavariya" qarşılaşmasını sərt tənqid edib.

Qvardiola həmin oyunun keyfiyyətindən narazı qaldığını gizlətməyib:

"PSJ – "Bavariya" oyununa baxdım və öz-özümə dedim ki, bu nə qədər uğursuz bir qarşılaşmadır. Nə məşqçilər öz yerində idi, nə də oyunçular səviyyəli təsir bağışladı. Mən ingilis futboluna aşiqəm. Məhz buna görə də həmin oyunu yarımçıq qoyub, Stokport – Port Veyl matçını izləməyə getdim".

Təcrübəli mütəxəssis sosial şəbəkələrdə gündəm olan Rayan Şerkinin boks videosuna da yumoristik yanaşıb:

"Onunla mübahisə etməyəcəyəm, qorxuludur. Belə davam etsə, hər oyunda meydanda olacaq".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
sport24.az

1Mənbələr