AZ

SEPAH Hörmüz boğazında Cənubi Koreya ilə əlaqəli gəmiyə hücum edib

Regionda dəniz təhlükəsizliyi ilə bağlı risklər daha da artır...

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında Cənubi Koreya ilə əlaqəli olduğu bildirilən gəmiyə hücum həyata keçirib.

Poliqon xəbər verir ki, bu barədə Cənubi Koreyanın Yonhap xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, hücum strateji əhəmiyyət daşıyan Hörmüz boğazında baş verib və hadisə bölgədə onsuz da yüksək olan gərginliyi daha da artırıb. Gəminin hansı dərəcədə zərər gördüyü və ekipajın vəziyyəti barədə hələlik rəsmi detallı məlumat açıqlanmayıb.

Hadisə ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının davam etdiyi, eyni zamanda regionda dəniz nəqliyyatına qarşı risklərin artdığı bir dövrə təsadüf edir. Xüsusilə son günlərdə Hörmüz boğazında hərbi və kommersiya gəmilərinə qarşı insidentlərin sayı artmaqdadır.

Ekspertlər bildirirlər ki, bu cür hücumlar qlobal ticarət və enerji daşımaları üçün ciddi təhlükə yaradır. Hörmüz boğazı dünya üzrə neft və qaz nəqliyyatının əsas marşrutlarından biri olduğuna görə burada təhlükəsizliyin pozulması beynəlxalq bazarlara birbaşa təsir göstərir.

Analitiklərin fikrincə, SEPAH-ın bu addımı regionda hərbi qarşıdurmanın genişlənə biləcəyinə dair siqnal kimi qiymətləndirilir. Bu isə həm regional, həm də qlobal səviyyədə təhlükəsizlik mühitinin daha da mürəkkəbləşəcəyini göstərir.

Poliqon.info

Seçilən
8
poliqon.info

1Mənbələr