AZ

Marketlərdə endirimli qiymətlərin gizlədilməsi qanun pozuntusudur –Rəsmi AÇIQLAMA

Məlumat verdiyimiz kimi, bəzi marketlərdə endirimli məhsulların üzərlərində qiymətlər endirim bitməmişdən öncə yığlır.

Redaktor.az məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə surğu ünvanlayıb. Sorğuya cavab olaraq bildirildi ki, istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, satıcı (icraçı) istehlakçını maraqlandıran mal, iş və ya xidmətin qiyməti barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 94 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın tələblərinə əsasən satışda olan bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı və onun doldurulma tarixi olmalıdır. Malın adı, çəkisi və növü qablaşdırma materialında (qutusunda) göstərilərsə, qiymət yarlığında ancaq mal vahidinin dəyəri (ədədin qiyməti) göstərilməlidir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 445-ci maddəsinə əsasən, qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə nəzərdə tutulub.

İstehlakçılar malların üzərində qiymətləri göstərilməməsi halları ilə rastlaşdıqda müvafiq pozuntunu həyata keçirən sahibkarlıq subyektinin dəqiq adını və ünvanını qeyd etməklə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt ([email protected]) vasitəsilə müraciət edə bilərlər".

Aytəkin TOFİQQIZI

Seçilən
41
1
redaktor.az

2Mənbələr