Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun yeni təyinatlı şəxslərlə keçirdiyi görüşlər və onların sosial şəbəkələrdə paylaşılması bir müddətdir ictimai müzakirələrə səbəb olur.
“Yeni Sabah” xəbər verir ki, oxşar formatda növbəti görüş mayın 1-də keçirilib.
Bu dəfə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı M.Məmmədov rayon icra və probasiya şöbəsinə yeni təyin olunan rəis Mətləb Ələkbərovu qəbul edib.
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Kapital Bank”-ın rayon filialına yeni təyin edilmiş müdiri İlkin Mehtiyevi qəbul edib.Görüş zamanı icra başçısı yeni təyinat münasibətilə rəisi təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Başçının görüşü sosial mediada yenidən müzakirə doğurub. Yayılan fotolardan məlum olur ki, icra başçısı qonağı ilə üz-üzə deyil, baş tərəfdə oturub.
Bu isə sosial şəbəkələrdə tənqidlərə səbəb olub. Xəbərə və fotoya münasibət bildirənlər yazıblar ki, icra başçısının qonağını belə qəbul etməsi doğru deyil: “Qonaqla üz-üzə əyləşmək lazımdır”.
Bəzi istifadəçilər isə Müstəqim Məmmədovun hərəkətlərini dəstəkləyiblər. Onlar bildiriblər ki, belə əyləşmək protokola ziddi deyil, ona görə də başçını qınamaq olmaz.
Probasiya şöbəsinə yeni təyin olunmuş rəis Mətləb Ələkbərovla görüşdən
Müstəqim Məmmədovun banklardan birinin rayon filialına yeni təyin edilmiş müdiri İlkin Mehtiyevlə görüşündən