Ağdam rayonu Baş Qərvənd yaşayış məntəqəsində görülən işlərlə bağlı iclas keçirilib.
APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “X”də paylaşım edib.
İclasda cari vəziyyət, infrastruktur və qarşıdakı mərhələlər müzakirə olunub. Layihə üzrə tikinti işlərinin davamı ilə bağlı tapşırıqlar verilib.