Marja.az saytından alınan məlumata görə, ain.az bildirir.
Pekin şəhərində keçirilən 19-cu Beynəlxalq Avtomobil Sərgisində Wuling brendi yeni nəsil Starlight L modelini rəsmi olaraq təqdim edib.
Marja.az "Wuling Azerbaijan"a istinadən xəbər verir ki, model markanın PHEV texnologiyalar sahəsində növbəti inkişaf mərhələsini nümayiş etdirir və ailə yönümlü iri ölçülü SUV seqmentində yerləşir.
Yeni model ölçülərinə görə təxminən 5 metr uzunluğa malik olmaqla geniş salon və üç sıra oturacaq konfiqurasiyası (2+2+2) təqdim edir. Bu isə onu həm gündəlik istifadə, həm də ailə səfərləri üçün uyğun seçimə çevirir. İnteryer hissəsində müasir multimedia sistemi, sərnişinlər üçün əlavə ekranlar və yüksək komfort səviyyəsi diqqət çəkir.
Starlight L modeli, həmçinin Wuling brendinin yeni dizayn fəlsəfəsi əsasında hazırlanıb. Eksteryerdə futuristik LED işıq elementləri, aerodinamik xətlər və premium görünüş ön plana çıxır.
Yeni modelin yaxın zamanda beynəlxalq bazarlarda, o cümlədən Azərbaycanda da təqdim olunması planlaşdırılır.




Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.