AZ

Kanada ADB vasitəsilə özəl investisiya cəlbində sərt nəzarət mexanizmlərinin tətbiqində israr edir

Kanada özəl kapitalın cəlb edilməsinin özəl sektorun inkişafı sahəsində real nəticələr verməsi üçün Asiya İnkişaf Bankının (ADB) aydın müəyyən edilmiş məqsədləri, ölçülə bilən səmərəlilik göstəricilərini və etibarlı hesabatlılıq mexanizmlərini daha fəal tətbiq etməsinin tərəfdarıdır.

"Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu bəyanatla bankın Kanadanı təmsil edən rəsmisi Kem Do ADB-nin Rəhbərlər Şurasının 59-cu illik toplantısı çərçivəsində rəhbərlərin işgüzar sessiyasında bildirib.

O vurğulayıb ki, özəl sektor dayanıqlı normativ-hüquqi bazadan, şəffaf idarəetmə sistemindən və proqnozlaşdırıla bilən fəaliyyət şərtlərindən birbaşa asılıdır: "Bununla əlaqədar, Kanada investisiya mühitini təkmilləşdirmək, bazarlara daha geniş çıxışı təmin etmək və inkişaf etməkdə olan iqtisadiyyatların qlobal dəyər zəncirlərinə qoşulması üçün zəruri olan əsas elementlərin institusional əsaslarını möhkəmləndirmək məqsədilə ADB-nin hökumətlərlə qarşılıqlı əməkdaşlıq səylərinə dəstək verir.

Özəl sektorda əməliyyatların genişləndirilməsi şəraitində Kanada, özəl kapitalın cəlb edilməsinin inkişaf sahəsində nəzərəçarpacaq nəticələr verməsi üçün konkret hədəf göstəricilərinin, ölçülə bilən nəticələrin və sərt hesabatlılıq mexanizmlərinin ardıcıl tətbiqinin tərəfdarıdır".

Seçilən
37
far.az

1Mənbələr