AZ

"Valideynlərimiz çalışmalıdırlar ki, uşaqlara ana dilini aşılasınlar" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, birinci sinfə qəbul prosesi başlayır. Artıq dövlət məktəblərində də ingilis dilində tədris mümkün olacaq.

Əgər ingilis dilində tədrisə tələbat yaransa, bu Azərbaycan dili üçün risk daşıyırmı?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, burada çox vacib məqamlar var:

"Biz ingilis dilinin beynəlxalq dil olduğunu və böyük əhəmiyyət kəsb etdiyini qəbul edirik. Bu dilin öyrənilməsi, təbliği və övladlarımızın inkişafı üçün mənimsənilməsi olduqca vacibdir. Lakin bununla yanaşı, öz ana dilimizi də mükəmməl öyrənməli və təbliğ etməliyik. Əsas risk valideynlərin övladlarına ana dilini öyrətmədiyi təqdirdə yaranar. Birinci növbədə valideynlərimiz çalışmalıdırlar ki, uşaqlara ana dilini aşılasınlar və bu dili onlara sevdirsinlər. Əgər biz bu məsələyə kifayət qədər diqqət yetirməsək və ona xüsusi önəm verməsək, məhz o zaman müəyyən problemlər ortaya çıxa bilər".

Xədicə BAXIŞLI

Seçilən
23
1
redaktor.az

2Mənbələr