AZ

WUF13-lə bağlı Bakının bəzi küçə və prospektlərində xüsusi hərəkət zolaqları yaradılır

Bakı, 4 may, AZƏRTAC

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13 sessiyası (WUF13) ilə əlaqədar olaraq bir sıra küçə və prospektlərdə müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, xüsusi zolaqlar aşağıdakı istiqamətlərdə tətbiq olunacaq:

• Heydər Əliyev prospekti – Aeroport şosesi,

• Abbasqulu ağa Bakıxanov küçəsi,

• Mehdi Abbasov küçəsi,

• Mikayıl Əliyev küçəsi,

• Yusif Səfərov küçəsi,

• Mikayıl Müşfiq küçəsi.

Qeyd olunub ki, sözügedən zolaqlar yalnız müvafiq yol nişanları quraşdırıldıqdan sonra qüvvəyə minəcək.

Agentlikdən vurğulanıb ki, yol nişanları quraşdırılmadığı müddətdə bütün nəqliyyat vasitələrinin həmin zolaqlardan istifadə etməsinə icazə verilir.

Seçilən
27
4
azertag.az

5Mənbələr