AZ

Samir Quliyev yeni vəzifəyə təyin edildi FOTO

Yenisabah saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında mühüm kadr təyinatı həyata keçirilib.

"Yeni Sabah" xəbər verir ki, Qarabağ müharibəsinin qazisi, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şərəflə iştirak etmiş Samir Quliyev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın müvafiq əmri ilə məsul vəzifəyə təyin olunub.

Samir Quliyev yalnız döyüş meydanında göstərdiyi igidliklə deyil, həm də peşəkar fəaliyyəti, prinsipial mövqeyi və insan hüquqlarının qorunmasına sadiqliyi ilə seçilən əməkdaşdır. Onun həm Vətən qarşısındakı xidmətləri, həm də Ombudsman Aparatında göstərdiyi məsuliyyətli və vicdanlı fəaliyyəti rəhbərlik tərəfindən yüksək qiymətləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
2
yenisabah.az

3Mənbələr