AZ

Yılmaz Paşinyanla görüşdən yazdı

"Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanı təmsil edərək, 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısında iştirak etdiyimiz İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla hərtərəfli və məhsuldar görüş keçirdik".

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bu barədə X sosial media hesabında yazıb.

“Cənab Paşinyanla görüşümüzdə ikitərəfli münasibətlərimizi hərtərəfli qiymətləndirdik. Həmçinin nəqliyyat, gömrük, enerji, rəqəmsal infrastruktur və əlaqələrin gücləndirilməsi üçün atılan addımları müzakirə etmək imkanı əldə etdik. Həmçinin normallaşma prosesinin bir hissəsi olaraq atılan qarşılıqlı konstruktiv addımların konkret irəliləyişlərə aparmasından xüsusilə məmnunuq.

Hesab edirik ki, bu gün anlaşma memorandumu imzaladığımız Anidəki körpünün birgə bərpası kimi simvolik və konkret əməkdaşlıq sahələri də davamlı sülh və təhlükəsizlik atmosferinin yaradılmasına töhfə verəcək.

Regional sülhə, dialoqa və sabitliyə əsaslanaraq, Cənubi Qafqazda normallaşmanı təşviq etmək, iqtisadi əməkdaşlığı genişləndirmək və insanlararası əlaqələri gücləndirmək üçün yanaşmamızı qətiyyətlə davam etdirəcəyik. Ümid edirəm ki, görüşümüz gələcəkdə baş verə biləcək yaxşı  hadisələrin  başlanğıcı olacaq və cənab Paşinyana nəzakətli qonaqpərvərliyinə görə təşəkkür edirəm", - Yılmaz qeyd edib.

QAZİLER.AZ

Seçilən
24
qaziler.az

1Mənbələr