Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, səs rejissoru Rasim Mehdizadə 51 yaşında dünyasını dəyişib.
Bu barədə AKİ məlumat yayıb.
Qeyd edək ki, Rasim Mehdizadə aktrisa Günəş Mehdizadənin həyat yoldaşı idi. Onlar 2008-ci ildə ailə həyatı qurub, 2 övladı var.
41 yaşlı aktrisa “Vətəndaş A” serialındakı Almaz obrazı ilə məşhurlaşıb.

Tarix: 4 May 2026, 19:17