Lənkəran Dövlət Universitetinin (LDU) İqtisadiyyat və idarəetmə fakültəsində tələbələrin maliyyə savadlılığını artırmaq və maliyyə bazarları ilə tanışlığı məqsədilə “Müasir yatırım imkanları” mövzusunda genişmiqyaslı ustad dərsi təşkil olunub. Tədbiri Maliyyə idarəetməsi və audit kafedrasının müdiri dos. Ə.Bədəlov açaraq, sənaye nümayəndələri ilə görüşlərin tələbələrdə praktik bilik formalaşdırdığını qeyd edib.
Dərs çərçivəsində “InvestAZ İnvestisiya Şirkəti” QSC-nin mütəxəssisləri çıxış edərək birja əməliyyatları, risklərin idarə olunması, müasir investisiya strategiyaları və rəqəmsal aktivlər, blokçeyn texnologiyası və kriptovalyutanın iqtisadi əsasları barədə ətraflı məlumat veriblər. Təqdimatlar başa çatdıqdan sonra tələbələrin sualları cavablandırılıb.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan