İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli “Azərbaycan Əczaçılıq Sənayesi: dünən, bu gün və sabah” II Beynəlxalq Konfransda çıxışı zamanı ölkəmizdə dərman bazarının hələ də idxaldan asılı olduğunu bildirib. Statistikaya görə, yerli istehsal ümumi istehlakın cəmi 2–3 faizini təşkil edir, illik artım isə təxminən 2,7 faizdir.
S.Bəşirli vurğulayıb ki, Pirallahı Sənaye Parkında həyata keçirilən layihələrin ümumi dəyəri 150 milyon dollara çatıb, park və ətraf ərazilərdə isə layihələrin dəyəri 300 milyon dollardır. Dövlət təşəbbüsləri və investisiyalar sayəsində yerli istehsalın həcmi artacaq və dərman təminatında onun payı tədricən yüksələcək.
O, həmçinin qeyd edib ki, Azərbaycan istehsalı olan məhsulların ixracı üçün region ölkələrində əlverişli imkanlar mövcuddur və sektorun inkişafı üçün şirkətlər vahid platformada əməkdaşlıq edərək dialoq mühiti formalaşdırırlar.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan