ain.az bildirir, Newscenter.az portalına istinadən.
Böyük Britaniya vəsait çatışmazlığı səbəbindən 2030-cu ilə qədər yeni silahlar ala bilməyəcək. Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Böyük Britaniya Strateji Komandanlığının keçmiş rəhbəri Riçard Barrons The Times qəzetinə bildirib.2025-ci ilin iyun ayında qəbul edilmiş Strateji Müdafiə İcmalının həmmüəlliflərindən biri olan Barrons qeyd edib ki, Böyük Britaniya Silahlı Qüvvələri yalnız nəzəri olaraq müharibəyə hazırlıq barədə düşünə bilər. Əslində isə onların yeni silahlar üçün pulu yoxdur. Onun sözlərinə görə, investisiya çatışmazlığı sənaye bazasını tükəndirir və müdafiə şirkətlərini istehsalı xaricə köçürməyə məcbur edir. Mehman
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.