ain.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
Hindistanla Nepal arasında yenidən gərginlik yaranıb.Newscenter.az TASS-a istinadən bildirir ki, Lipulex aşırımı vasitəsilə Tibetdəki müqəddəs Kailaş dağına və Mansarovar gölünə gedən ziyarət yolu Hindistan və Nepal arasında yeni sərhəd mübahisəsinə səbəb olub. Belə ki, iki ölkə hökumətləri bu məsələ ilə bağlı bəyanatlar mübadiləsi aparıblar.Nepal hakimiyyəti Katmandu tərəfindən iddia edilən ərazi olan Lipulex aşırımı vasitəsilə ziyarətlərə etirazlarını bildirən Hindistan və Çinə diplomatik notalar göndərib. Nepal Xarici İşlər Nazirliyinin sözçüsü Lok Bahadur Paudel Çhetri ölkəsinin narahatlıqlarının hər iki qonşuya diplomatik kanallar vasitəsilə çatdırıldığını bildirib.Nepal Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, 1816-cı il Suqauli müqaviləsinə əsasən, Limpiyadhura, Lipulex və Kalapani əraziləri Nepalın ayrılmaz hissələridir. O əlavə edib ki, Nepal Hindistanı yol tikintisi, sərhəd ticarəti və ziyarətlərin təşkili də daxil olmaqla, bölgədə hər hansı bir fəaliyyətdən çəkinməyə çağırıb.Anar
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.