AZ

Naxçıvan məktəblilərinin “Mədəniyyət Festivalı”

Naxçıvan, 4 may, AZƏRTAC

Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Beynəlxalq Kembric Məktəbində “Mədəniyyət Festivalı” təşkil olunub.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, festival çərçivəsində 6-cı və 7-ci sinif şagirdlərindən ibarət 15 qrup müxtəlif ölkələri təmsil edib.

Şagirdlər seçdikləri ölkələr üzrə geniş araşdırma apararaq onların tarixini, mədəniyyətini, musiqisini, rəqsini və digər xüsusiyyətlərini əhatə edən təqdimatlarla çıxış ediblər.

Bununla yanaşı, həmin ölkələrə məxsus milli yeməklərin təqdim olunması tədbirə xüsusi rəng qatıb.

Müxbir - Nail Əsgərov

Seçilən
40
1
azertag.az

2Mənbələr